Həcc ziyarətində FACİƏ: 14 zəvvar öldü, 17 nəfər axtarılır

17 İyun 2024 17:25

İordaniyanın ən azı 14 vətəndaşı həcc ziyarəti zamanı orqanizmin susuzlaşması və həddindən artıq istidən həyatını itirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  bu barədə İordaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Süfyan əl-Kuda məlumat verib.

O əlavə edib ki, həcc ayinlərini icra edən daha 17 İordaniya vətəndaşı itkin düşüb.

Qeyd olunur ki, hazırda Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə birlikdə itkin düşən ziyarətçilərin tapılması istiqamətində zəruri tədbirlər görülür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun