Homs şəhərində hücumlar artırılıb
18 İyun 2012 10:08
Milli.Az
"Amerikanın səsi"nə istinadən bildirir ki, dünən şəhərdə 11 adam öldürülüb. Homs bir ildən artıqdır ki, döyüşlərin episentrinə çevrilib. Burada minlərlə insan hücumların qurbanı olub. Fəalların çəkdiyi videolar qızğın döyüşləri nümayiş etdirir.
Suriya hökuməti zorakılıqlara görə "terrorçuları"günahlandırır. Zorakılıqların eskalasiyası BMT-ni sülhümühafizə missiyasını dayandırmaq məcburiyyəti qarşısında qoyub.
BMT-nin Suriyadakı missiyasının başçısı general Robert Mood deyib ki, son 10 gün ərzində zorakılıqların artmasına görə müşahidəçilər keşik çəkmək və başqa fəaliyyətlərdə iştirak etməyəcək. Robert Mood missiyanın əməliyyatları münasib şərait yarandıqda bərpa edəcəyini bildirib.
Milli.Az