Restoranda Tarantinoya hücum etdilər - VİDEO

17 İyun 2024 16:50

ABŞ-nin Nyu-York şəhərində restoranlarından birində nahar edən məşhur rejissor Kventin Tarantinoya hücum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. 

Bildirilir ki, hücum edənlər Marks Pleys küçəsində yerləşən "Che Li" restoranında təkbaşına nahar edən rejissora yaxınlaşaraq ünvanına təhqirlər səsləndiriblər. Daha sonra onlar Tarantinonun avtomobilinin şüşələrini təpikləməyə çalışıblar.

Həmin şəxslərin İsrail-Fələstin müharibəsinin əleyhdarları olduğu bildirilir.

Qeyd edək ki, 61 yaşlı rejissor Kventin Tarantino İsrailin məşhur pop musiqiçisi Svik Pikin qızı, israilli müğənni Daniella Piklə evlidir və həyat yoldaşı və iki uşağı ilə Tel-Əvivdə yaşayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun