Moskvada qidadan kütləvi zəhərlənmə

17 İyun 2024 16:04

Rusiya paytaxtında kütləvi şəkildə "botulizm" infeksiyasına yoluxma qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Kuxnya na rayone" hazır yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.

Moskva merinin müavini Anastasiya Rakova hazırda 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Bildirib ki, onlardan 30-u reanimasiyadadır.

Qeyd edək ki, "botulizm" ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir. Əsasən uzunsov və onurğa beyninin botulotoksinlə zədələnməsi ilə xarakterizə olunur. Botulizm düzgün konservləşdirilməmiş qida məhsulların - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun