Bakıda "Hyundai" qaçırıldı

17 İyun 2024 15:29

İyunun 15-də Xətai rayonu ərazisindən "Hyundai" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kamran Nəzərov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb. 

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun