Peskov: Türkiyənin mövqeyi münasibətlərimizi korlamayacaq

17 İyun 2024 14:29

İsveçrə sammitinin kommünikesini imzalayan Macarıstan, Serbiya və Türkiyənin mövqeyi onların Rusiya ilə münasibətlərini korlamayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Ukrayna ilə bağlı İsveçrə konfransının effektivliyi sıfıra bərabərdir:

"İsveçrədə keçirilən sammitdə bir çox ölkələr Ukrayna məsələsinin Rusiyasız müzakirə edilməsinin perspektivli olmamasından danışıb. Kremldə bu məsələ qeyd edilib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun