Cins şortları bu geyimlər əvəz edəcək

18 İyun 2024 18:00

Modelyerlər 2024-cü ilin yayında cins şortların dəbli əvəzedicisi barədə açıqlama veriblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, nüfuzlu "Vogue" moda jurnalının fransız versiyası tərəfi elan edib ki, bu il küçəyə ev geyimlərində çıxmaq dəb olacaq. Trend sayılan libaslar evdə geyinilən yüngül pijamalardır.

Bu mövsüm cins şortları yüngül pambıq materialdan zolaqlı qısa şortlar əvəz edəcək. Pambıq və ya kətan kimi yüngül parçalardan hazırlanmış nazik zolaqlı müxtəlif rəngli şortlar dəbdə olacaq.

Oxşar məhsullara "Gucci", "Maison Margiela", "Uniqlo", "H&M" və "Mango" kimi brendlərin yeni kolleksiyalarında rast gəlmək olar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun