İtkin düşmüş daha 20 nəfər tapıldı

17 İyun 2024 13:34

Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir.

Milli.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 15-16 iyun tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Hər bir müraciət üzrə müvafiq araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun