Dərnəgül yolunda QƏZA: hər iki tərəfə tıxac yarandı - FOTO

17 İyun 2024 12:55

Nərimanov rayonu, Ziya Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun