Vyetnamda yaşayış binasında yanğın - 3 uşaq öldü

17 İyun 2024 08:23

Vyetnamın paytaxtı Hanoyda çoxmərtəbəli binada baş vermiş yanğında üçü uşaq olmaqla azı dörd nəfər ölüb.

Milli.Az bildirir ki, bu barədə "Report" yerli "Vietnam News"a istinadən xəbər verir.

Məlumata görə, yanğın altı mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində olub.

Yanğın lokallaşdırılıb və iki saat sonra söndürülüb. Xilasedicilər yanğın baş verən ərazinin kəşfiyyatı zamanı ən böyüyü 11 yaşında olan üçü azyaşlı olmaqla dörd nəfərin meyitini aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun