Mərsində ağır yol qəzasında 8 nəfər yaralanıb

17 İyun 2024 08:54

Türkiyənin Mərsin şəhərinin Yenişəhər rayonunda minik avtomobilinin heyvan bazarına soxulması biri ağır olmaqla səkkiz nəfərin yaralanması, 20 xırdabuynuzlu heyvanın isə tələf olması ilə nəticələnib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi bildirib.

Məlumata görə, hadisə rayonun Dəniz məhəlləsində baş verib.

"Sürücüsünün kimliyi bəlli olmayan avtomobil <...> hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı qurbanlıq heyvan bazarına soxulub <...> Qəzada biri ağır olmaqla səkkiz nəfər, o cümlədən bir uşaq yaralanıb. 20 xırdabuynuzlu heyvan tələf olub", - telekanal nəql edib.

Qeyd olunub ki, yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıblar.

Avtomobilin sürücüsü isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun