Bu ölkədə güclü zəlzələ oldu: məktəbə ziyan dəydi

17 İyun 2024 08:50

Perunun Karaveli şəhərində 6 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəlzələ ocağı yerin 19 kilometr dərinliyində yerləşib.

Zəlzələdən sonra Panamerika magistralının bəzi hissələrində torpaq sürüşməsinin olduğu bildirilib.

Təbii fəlakət nəticəsində bir məktəbə ziyan dəyib, ölən və xəsarət alanların olmadığı deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun