Zelenski bir şərtlə sabah Rusiya ilə danışıqlara başlamağa hazırdır

16 İyun 2024 18:53

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, Kiyev sabah Moskva ilə sülh danışıqlarına başlamağa hazırdır.

Milli.Az APA-ya istinadən bildirir ki, Ukrayna liderinin çıxışı sosial şəbəkələrdə yayımlanır.

Bununla belə, o deyib ki, danışıqlar üçün bir şərtin yerinə yetirilməsi tələb olunur. Bu şərt isə odur ki, Rusiya Federasiyası ölkənin ərazi bütövlüyünə hörmət etməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun