Tarixdə ilk və ya 20 ildən sonra əzmkar qələbə

16 İyun 2024 15:00

İtaliya millisi Avropa Avropa çempionatlarının final mərhələlərində yeni tarix yazıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Appenin təmsilçisi startda ilk dəfə əzmkar qələbə qazanmaqla buna nail olub.

Son qitə çempionu Albaniya ilə matçda 0:1 hesabı ilə geri düşsə də, yekunda 2:1 hesabı ilə qalib gəlib. Bu, italiyalıların 11-ci cəhdində və ya 46-cı matçında 22-ci qələbəsi olub.

Onlar həlledici mərhələnin gedişində isə AVRO-2004-də eyni hesabla Bolqarıstanı məğlub ediblər.

Qeyd edək ki, komandanın heyətində Nikola Barella Avropa çempionatlarında ikinci qolunu vurduğu halda, Alessandro Bastoni ilk dəfə fərqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun