Putin danışıqları rədd etmir - Peskov

16 İyun 2024 14:39

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə danışıqların mümkünlüyünü dəyərləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Kreml sözçüsü qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların mümkünlüyünü rədd etmir. Onun sözlərinə görə, ölkədə müqavilələrin qeydə alına biləcəyi qanuni səlahiyyətlər var.

Eyni zamanda, Peskov vurğulayıb ki, Ukrayna lideri Volodimir Zelenski ilə yazılı razılaşmalara başlamaq mümkün deyil, çünki bu, qeyri-legitim olardı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun