“Kiyev üçün məqbul olan şərtlərlə sülh bağlamalıdır”

16 İyun 2024 10:25

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsveçrədə keçirilən forumda bildirib ki, Rusiya və Ukrayna yalnız Kiyev üçün məqbul olan şərtlərlə sülh bağlamalıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun sözlərini "Sky News" yayıb.

"Rusiya Prezidenti Vladimir Putin əsl sülhdə maraqlı deyil. O, daim bu sammitə qarşı diplomatik kampaniya aparır, ölkələri danışıqlara hazır olduqlarını iddia edərək, bu sammitdə iştirakdan çəkinməyə çağırır", - Britaniya lideri bildirib.

Sunakın sözlərinə görə, Rusiyanın müttəfiqləri indi tarixin yanlış tərəfindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun