İlk dəfə deyirəm: Məğlubiyyəti qələbəyə çeviririk – Paşinyan

16 İyun 2024 08:46

İstər-istəməz bəzi hallar Ermənistanın "boynuna" kəndir bağladı və o kəndirin bütün mənası Ermənistanın öz ehtiyaclarına fokuslanmasının qarşısını almaq idi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzurda Mülki müqavilə Partiyasının toplantısında deyib.

"İlk dəfə belə bir şeyi deməliyəm: hamımızın məğlubiyyət hesab etdiyimiz şeyi bu gün biz qələbəyə çevirmək yolundayıq və ya bu məğlubiyyəti qələbəyə çevirmək imkanımız var", - Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan Qarabağ münaqişəsinin Ermənistanı girov saxlamaq üçün düşünülmüş oyun olduğunu bundan öncə də dolayısı ilə dilə gətirmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun