Bakıda Əjdərbəy məscidində bayram namazı qılınıb - FOTOlar

16 İyun 2024 08:16

Bakıda Əjdərbəy məscidində Qurban Bayramının namazı qılınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun