ABŞ narahatdır: İsrail ikinci müharibəyə başlaya bilər

16 İyun 2024 06:01

ABŞ İsrailin Livanla sərhəddə yeni cəbhə aça biləcəyindən narahatdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "CBS Nyus"un məqaləsində bildirilib.

Qeyd olunur ki, ABŞ Livandakı Hizbullahın fəallaşması fonunda gərginliyin artmasını istəmir:

"İsrailə raket hücumlarının sayının artması gözlənilməz nəticələrə gətirib çıxara bilər ki, buna da İsrail cavab vermək məcburiyyətində qalacaq. Bu isə gözlənilməz müharibəyə gətirib çıxara bilər".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun