HƏMAS zərbə endirdi, İsraildə yanğın başladı

16 İyun 2024 07:50

Qəzza zolağından atılan mərmilər İsrailin cənubundakı sərhəd bölgəsində yanğına səbəb olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu (ÇAXAL) məlumat yayıb.

Bildirilib ki, yanğın anklavla sərhədə yaxın Kisufim qəsəbəsi ərazisində qeydə alınıb.

"Yanğınsöndürmə və xilasetmə xidmətləri hadisə yerindədir və yanğın lokallaşdırılıb. İtki yoxdur", - məlumatda qeyd edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun