Rusiya da iştirak etsəydi, daha yaxşı olardı - Fidan

15 İyun 2024 23:51

Ukrayna ilə bağlı İsveçrədə keçirilən konfransda Rusiya da iştirak etsəydi, daha səmərəli ola bilərdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsveçrədə keçirilən tədbirdə çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Bizim qarşımızda Ukraynanın sülh planı var, Rusiya bu yaxınlarda bəzi şərtlər irəli sürüb. Göstərilən şərtlərə baxmayaraq, bunlar bizim hərəkətə başlaya biləcəyimiz kontekstdə mühüm addımlardır", - Fidan bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun