Arıqlamaq üçün 5 əsas qaydaya əməl etmək hər kəsə məsləhət görülür: vaxtında yatmaq, idmanla məşğul olmaq və düzgün qidalanmaq. Amma bunlarla yanaşı arıqlamağın bəzi sirləri də var.
Milli.Az axsam.az-a istinadən həmin qaydaları təqdim edir:
1. Duz əvəzinə ədviyyat:
Duz bütün yağların bədəndə toplanmasına səbəb olur. Bu isə günü-gündən daha da kökəlmək deməkdir. Buna görə də duzu ədviyyatlarla əvəzləyin. O, həm yeməyi dadlı edəcək, həm də bədəndəki yağları parçalayacaq.
2. Səhərlər su için:
Yuxudan oyanan kimi 2 stəkan ilıq su için. Bu, həzm sistemini yaxşılaşdırmaqla yanaşı, piylərin parçalanmasına da kömək edəcək.
3. Dadlar arasında eksperiment aparın:
Hər gün fərqli tərəvəzlərdən salatlar hazırlayın. Şirin, acı, turş tərəvəzləri bir-birinə qatıb yeyin. Bu, sizi gün ərzində tox tutacaq.
4. Televizor qarşısında yeməyin:
Televizor qarşısında oturarkən, insan iştahasını tənzimləyə bilmir. Bütün fikir gözlərdə olduğu üçün mədənin vəziyyətini hiss etmirsiniz. Buna görə də həddindən çox yeyirsiniz. Bu da sizin birdəfəyə 1000 kalori yığmağınıza gətirib çıxarır.
5. Acı salatlardan istifadə edin:
Pəhriz üçün tərəvəzlərdən hazırladığınız salatın acı olmasına çalışın. Acı bədəndəki piyləri parçalayır, eyni zamanda bütün zəhəri öldürür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun