Ərdoğan Azərbaycan xalqını təbrik edib

15 İyun 2024 20:37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Milli.Az APA-ya istinadən bildirir ki, təbrik Türkiyə prezidentinin "X" sosial şəbəkədəki hesabında paylaşılıb.

Təbrikdə deyilir: "Azərbaycanın 15 İyun Milli Qurtuluş Gününü ən səmimi hislərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!"

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun