Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürdü

15 İyun 2024 19:35

İsmayıllıda qadını elektrik cərəyanı vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Talıstan kəndində baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Gövhər Hüseynova yaşadığı evdə elektrik lampasını dəyişərkən lampa əlində partlayıb və xanımı cərəyan vurub. G. Hüseynova hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun