Hindistanın şimalındakı Uttaraxand ştatında sərnişin avtobusu dərəyə aşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər ölüb.
"Uttarxandın Rudraprayaq əyalətində içərisində 26-dan çox sərnişinin olduğu sərnişin avtobusunun Rişikeş-Badrinath magistral yolunda dərin dərəyə düşməsi nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb", - deyə Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvələrinin komendantı Manikanta Mişra bildirib.
O, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğundan ölənlərin sayının arta biləcəyini deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun