Ermənistanda “Daşnaksütyun” partiyasının 13 üzvü saxlanıldı

15 İyun 2024 18:49

"Daşnaksütyun" partiyasının 13 üzvü müxtəlif cinayət işləri ilə bağlı saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyan deyib.

"Saxlanılanlar arasında iki qadın, həmçinin "Daşnaksütyun" partiyasının ali orqanının üzvü Qerasim Vardanyan da var. Onlardan biri artıq üç aylıq həbs cəzasına məhkum edilib", - o vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun