“Şamaxı”da yeni müdafiəçi

15 İyun 2024 18:02

"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Milli.Az xəbər verir ki, klubdan İdman.Biz-ə verilən məlumata görə, Premyer Liqaya qayıdan bölgə təmsilçisi müdafiəçi Adil Nağıyevi heyətinə qatıb.

Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nağıyev son mövsümü "Səbail"də keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun