Arıq və kök adamlar necə yatırlar?

18 İyun 2012 19:38
Məsələn, amerikalıların 20 faizi bu problemlə qarşılaşırlar.

Milli.Az "WebMD"yə istinadən bildirir ki, ABŞ Milli Yuxu Fondunun araşdırmalarının nəticəsi belədir. Professor Aleksandr Vqontzasın dediyinə görə, gecələr pis yatmaq yox, məhz bu problemlər gün ərzində sürəkli yatmaq istəyi yaradır.

İnsan arıqlayanda isə yorğunluq hissi itir. Bunu 1173 könüllü üzərində 7 il ərzində aparılmış müşahidələr təsdiq edir. Alimləri bu insnaların çəkisi, psixoloji sağlamlıq səviyyəsi, insanın yuxuda olduğu zaman nəfəs ala bilməməsi (apnoe) maraqlandırırdı.

Araşdırmalar zamanı könüllülərin 8 faizi gündüzlər sürəkli yatmaq istəyindən şikayətləniblər. Özü də bu simptom normal durumlu insanlarla müqayisədə depressiyalı adamlarda 3, yuxu apnoesi və izafi çəkili insanlarda isə 3,5 dəfə artıq olub. Bədən çəkisi indeksi nə qədər çox olarsa, gün ərzində insan o qədər çox yorulur və üstəlik, kökəlir.

Bundan başqa, gecələr adam nə qədər çox yatırsa, gündüz bir o qədər yatmaq istəyir.
Yuxu istəyi və depressiyadan qurtulmaq üçün alimlər izafi çəkidən qurtulmağı məsləhət görürlər.

Milli.Az