Bakının səki problemi necə həll ediləcək? - VİDEO

15 İyun 2024 09:07

Bakıda piyadalar üçün nəzərdə tutulan səkilərin bəziləri zəbt olunub. Bu da piyadaların hərəkətinə maneədir.

Artıq piyada səkilərinin genişləndirilməsi istiqamətində işlərə başlanılıb. Belə ki, "Sahil" metrostansiyasının önündəki səkilər genişləndirilir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Trend-ə bildirib ki, paytaxtda səkilərin çoxu standarlara uyğun deyil.

"Səkiləri dünya standartlarına uyğunlaşdırmağa ehtiyac var. Səkidə tranzit zona anlayışı olmalıdır. Piyadalar üçün nəzərdə tutulan səkidə heç bir qurğu qurula bilməz. Digər sahələr bufer zonadır. Orada yol nişanları qoyula, ağac əkilə bilər və digər kommunikasiya elementləri də ola bilər. Bazar iqtisadiyyatı dövründə ictimai-iaşə obyektlərinin terrası da səkinin buferi zonasına qədər olmalıdır", - deyə o qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun