Göygöl rayonunda 2 avtomobil toqquşub, xəsarət alanlar var

15 İyun 2024 08:30

Göygöl rayonunun Topalhəsənli kəndində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, "Opel" və digər markalı avtomobillərin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü V.Abışov və 1997-ci il təvəllüdlü N.Hümbətov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun