PSJ rusiyalı qapıçı transfer etdi

15 İyun 2024 08:26

PSJ "Krasnodar"ın qapıçısı Matvey Safonovu transfer edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, rusiyalı qolkiperlə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Təxmini transfer məbləği bonuslar daxil olmaqla 20 milyon avrodur.

Qeyd edək ki, ötən mövsüm Safonov bütün turnirlərdə 30 matçda iştirak edib, 11 oyunda qapısını toxunulmaz saxlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun