Bu yolda qeyri-adi radar cihazı quraşdırıldı - VİDEO

15 İyun 2024 00:08

Abşeron rayonu ərazisində yol polisi tərəfindən yeni radar yerləşdirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu radar nəqliyyat vasitələrinin sürətini ölçərək elektron tabloda nümayiş etdirir.

Radar sisteminin 3 kamerası var və həmin kameralar eyni vaxtda bir neçə avtomobilin sürətini ölçərək monitora ötürür.

Qeyd edək ki, radar Masazır-Saray-Novxanı yolunda işə salınıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun