Prezidentin xüsusi nümayəndəsi: Ağdam bayrağımızın rənglərinə boyanıb

14 İyun 2024 23:55

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov sosial şəbəkədə "Aghdam City Hotel"in Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldığı görüntüləri paylaşıb.

Milli.Az xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsinin 15 İyun - Qurtuluş Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub:

"Bu gün 15 İyun - Milli Qurtuluş Günüdür. Bu münasibətlə doğma Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb! Xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirik!".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun