Bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO

14 İyun 2024 23:06

"Əvvəlki yanaşma belə idi ki, işçi xidməti parklanma ərazisində boş yer tapdığı halda parklanma ödənişsiz olurdu. İndi isə, həmin ərazilər müəyyən edilir".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov Real TV-yə müsahibəsində deyib.

Bildirib ki, bundan sonra sözügedən parklanma əraziləri yalnız həmin qurumlarda çalışan şəxslərin xidməti və ya şəxsi avtomobili üçün pulsuz nəzərdə tutulacaq:

"Belə olan halda sözügedən ərazilərdə digər avtomobillərin parklanması halında müvafiq inzibati cərimənin müəyyən edilməsi təklif olunur".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun