"Borussiya Dortmund" türkiyəli mütəxəssisə tapşırıldı

14 İyun 2024 22:51

Almaniyanın "Borussiya Dortmund" komandasının yeni baş məşqçisi məlum olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu postda türkiyəli mütəxəssis Nuru Şahin gətirilib. Onunla 2027-ci ilədək müqavilə imzalanıb.

O, bu vəzifədə ötən gün istefaya göndərilən Edin Terziçi əvəzləyib.

Qeyd edək ki, Nuri Şahin daha əvvəl Bundesliqa təmsilçisində Edin Terziçin köməkçisi işləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun