Nuri Şahin alman nəhənginin baş məşqçisi oldu

14 İyun 2024 19:32

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Almaniyanın "Borussiya" (Dortmund) kollektivinin baş məşqçisi təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis ötən gün istefa verən Edin Terziçi əvəzləyib.

N.Şahinlə 2027-ci ilə qədər müqavilə bağlanıb.

Qeyd edək ki, o, daha əvvəl "Borussiya"da Edin Terziçin köməkçisi kimi fəaliyyət göstərib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun