Almaniyanın qadınlardan ibarət komandası Avropa Atletika Çempionatında 4x400 estafet yarışında 3:27,11 nəticə ilə sonuncu yerdə qərarlaşıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, Alisa Şmidt öz komandasında ikinci nəticəni göstərib - 51,28, ən yaxşı nəticəni Eylin Demes göstərib - 51,23.
4x400-də Avropa çempionu Hollandiya komandası olub - 3:22,39, İrlandiya komandası gümüş - 3:22,71, Belçika komandası isə bürünc medal qazanıb - 3:22,95.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun