Denizin qızı əlindən alındı - FOTO

14 İyun 2024 18:01

Türk model Deniz Akkayanın qızı əlindən alınıb.

Milli.Az olay-a istinadən bildirir ki, ötən həftələrdə övladı ilə problem yaşayan və polis çağıran Akkayanın qızı Ayşe anasından alınaraq atası Efe Önbilginə verilib.

Ailə və Sosial xidmətlər Nazirliyi yeniyetmənin anası ilə yaşamamasına qərar verib.

Qeyd edək ki, Deniz video paylaşaraq qızının ondan gizli telefon aldığını,xaricə getmək planalrı qurduğunu, hətta onu eyvanda bağlı saxladığını demişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun