Ermənistan KİV: "Rusiya İrəvandakı səfirini dəyişəcək"

14 İyun 2024 14:27

"Rusiya Ermənistandakı səfirini dəyişəcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın KİV məlumat yayıb.

Qeyd olunur ki, rəsmi Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı son bəyanatlarından sonra belə bir qərar verə bilər.

"Rusiya Ermənistandakı səfirini dəyişəcək. Onlar İrəvana kifayət qədər ciddi fiqur göndərməyə hazırlaşırlar", - materialda bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun