Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək

14 İyun 2024 13:06

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpa edilməsi haqqında" sərəncam verib.

Milli.Az-ın xəbərinə əsasən, sərəncama əsasən, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində bu Sərəncama əlavə edilən xəritədə göstərilmiş 450,0 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun