Can Yaman "Instagram" hesabını sildi

15 İyun 2024 09:12

Türkiyəli aktyor Can Yaman "Instagram" hesabını silib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktyorun 11 milyon izləyicisi olan hesabını silməsinin səbəbi isə olduqca maraqlıdır.

Məlumata görə, Can yaman sosial medianın ona xeyirdən çox zərər gətirməsi və işinə köklənə bilməməsi səbəbilə bu addımı atıb.

Qeyd edək ki, aktyor hazırda İtaliyada "Sandokan" adlı seriala çəkilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun