Xocalı şəhər 1 nömrəli tam orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.
Milli.Az lent.az-a istinadən bildirir ki, 1992-ci ilin mayın 25-də keçirilən "Son zəng"ə hazırlaşan məzunların arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı.
Həmin məzunlar gecikən "Son zəng"lərini məzunu olduqları Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə 32 il sonra səsləndiriblər.
Bu, Xocalı azadlığa qovuşduqdan sonra çalınan ilk "Son zəng" olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun