Bakıda yeniyetmə qız itkin düşüb.
Milli.Az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
15 yaşı bu ilin iyul ayında tamam olacaq A.Muradzadə iyunun 8-də Kamil Balakişiyev küçəsində yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.
Bildirilir ki, A.Muradzadə nənəsi ilə birgə yaşayırmış.
Faktla bağlı Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tədbirlər həyata keçirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun