Milli Məclis 2023-cü il dövlət büdcəsinin icrasını təsdiq etdi

14 İyun 2024 11:17

Milli Məclisdə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, layihəyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlərinin 35 236 394,3 min manat, xərclərinin 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun