Madrid prokurorunun Ançelotti ilə bağlı tələbi gündəm oldu

14 İyun 2024 09:30

Madrid prokuraturası "Real"ın baş məşqçisi Karlo Ançelottinin həbs olunmasını tələb edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, italiyalı mütəxəssis vergidən yayınmaqda günahlandırılır.

2014-2015-ci illərdə 65 yaşlı məşqçinin gəlirindən 1 milyon avro vergi ödəmədiyini bildirib. Ali orqan Ançelottinin 4 il və 9 ay həbs olunmasını istəyib.

Qeyd edək ki, 2013-2015-ci illərdə Madrid klubunda fəaliyyət göstərən Ançelotti 2021-ci ildən yeni baş məşqçi təyin olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun