Biləsuvarda yolu keçən 4 yaşlı uşağı avtomobil vurub

14 İyun 2024 07:44

Biləsuvar rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2020-ci il təvəllüdlü Ə.İ-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun