Uzun müddət çalışdıq, nəhayət, nail olduq - Zelenski

14 İyun 2024 01:15

Razılaşma aydın şəkildə göstərir ki, ABŞ Ukraynanın bu müharibədə qələbə qazanmaq səylərini dəstəkləyir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-Ukrayna təhlükəsizlik sazişini dəyərləndirərkən bildirib.

"Müqavilə özündə F-16-lar da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq "Patriot" və döyüş təyyarələri eskadrilyaları kimi qabaqcıl müdafiə sistemləri üçün müddəaları ehtiva edir. Bunun üçün uzun müddət çalışdıq və nail olduq", - Zelenski qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun