"Bayer 04" yeni futbolçu transfer edib

13 İyun 2024 23:49

Almaniya çempionu "Bayer 04" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, leverkuzenlilər İspaniya təmsilçisi "Jirona"nın üzvü Aleyş Qarsiya ilə anlaşıb.

İspaniyalı yarımmüdafiəçi yeni komandası ilə 5 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, A.Qarsiya ötən mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 40 oyunda 3 qol vurmağı bacarıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun