Ocaq qalayan şəxs ağır yanıq xəsarətləri aldı

13 İyun 2024 23:24

Şirvan şəhər sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhəri Neftçi küçəsi, 17 ünvanında baş verib. Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə yandırdığı ocağa benzin əlavə edərkən güclənən alovun təsirinə məruz qalıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı xəstəxanalarından birinə təxliyə olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun