Türkiyədə "Rosatom" dövlət korporasiyası tərəfindən inşa edilən "Akkuyu" AES-in tikintisinin dəyəri 24-25 milyard dollar təşkil edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinə Elm Şurasının iclasında dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçov deyib.
"Bu, indiki qiymətlərlə 24-25 milyard dollar təşkil edəcək", - deyə A.Lixaçov Rusiya prezidentinin tikintinin dəyəri ilə bağlı sualını cavablandırarkən bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun